10-08-2010 | 04:02 893
Ölkəmizdə ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir, bu sahədə mövcud çatışmazlıqların və nöqsanların aradan qaldırılması üzrə təsirli tədbirlər görülür.
Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübə öyrənilməklə qanunvericiliyə yeni mühüm dəyişikliklər edilmiş, bu qanunun tətbiq olunmasına və icra işinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsinə dair ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 15 iyul 2010-cu il tarixdə əhatəli Fərman imzalanmışdır .
Ədliyyə Nazirliyində icra xidməti yerli qurumlarının rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə yeni qanunvericilikdən və ölkə Prezidentinin həmin fərmanından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir .
Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində məhkəmə qərarlarının icrasının yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü işlərdən danışmış, xidmətin maddi texniki bazasının gücləndirilməsi və yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsini qeyd etmiş, fəaliyyətin müasir tələblər səviyyəsində qurulmasında dövlət başçısının qeyd olunan Fərmanının müstəsna əhəmiyyətini vurğulamışdır .
Bildirilmişdir ki, yeni qanunvericiliyə uyğun olaraq məhkəmə icraçılarının hüquqlarının genişləndirilməsi, o cümlədən borclunun məcburi gətirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, axtarışının elan edilməsi sahəsində onlara yeni səlahiyyətlərin verilməsi, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə r.
İclasda 2010-cu ilin birinci yarımilində icra sahəsində görülmüş işlərə dair nazirliyin İcra baş idarəsinin rəisi – baş icra məmuru X.Zeynalov məruzə ilə çıxış edərək, hesabat dövründə daxil olmuş icra sənədlərinin 76,8 faizinin icra edildiyini, icradan yayınan 650 şəxsin inzibati məsuliyyətə cəlb olunduğunu, habelə 141 nəfər barədə cinayət işinin başlanıldığını diqqətə çatdırmış, qarşıda duran vəzifələri vurğulamışdır.
Mövcud nöqsan və problemlərlə bağlı regional ədliyyə şöbələrinin, yerli icra qurumlarının rəhbərləri dinlənilmiş, yol verilən nöqsanların səbəbləri və onların aradan qaldırılması yollarından bəhs edilmişdir.
Həmçinin, iclasda icra məmurlarının hazırlığının artırılması, yeni qanunvericilikdən irəli gələn vəzifələrin ətraflı öyrənilməsi və dürüst icrası məqsədilə Ədliyyə Akademiyası ilə birgə tədris tədbirlərinin keçirilməsi, yerli qurumlara rəhbərliyin və nəzarətin gücləndirilməsi, icra intizamına ciddi riayət olunması, sui-istifadə, süründürməçilik və digər qanun pozuntularına yol verilməsi barədə vətəndaşların və dövlət orqanlarının müraciətlərinin hərtərəfli və təxirəsalınmadan araşdırılması və təqsirkar əməkdaşların ciddi intizam məsuliyyətinə cəlb olunması barədə müvafiq göstərişlər verilmişdi r.
Kollegiyada xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiyinə görə Qəbələ rayon məhkəmə icraçıları qrupunun rəhbəri Yusif Həsənov tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarından xaric olunmuş, Xaçmaz və Hacıqabul icra qruplarının rəhbərləri Bəybala Ağayevə və Ramil Şirəliyevə şiddətli töhmət elan edilməklə onlara işlərində dönüş yaratmaları üçün 6 ay vaxt verilmiş, bir sıra digər yerli icra strukturları rəhbərlərinə ciddi xəbərdarlıq edilmişdir.
Növbəti gün məhkəmə qərarlarının icrası ilə bağlı geniş seminar keçirilmiş, yeni qanunvericilikdən irəli gələn vəzifələrlə bağlı ətraflı çıxışlar edilmiş, əməkdaşları maraqlandıran suallara aydınlıq gətirilmişdir.