Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Qubada vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov martın 13-də Quba rayonunda vətəndaşları qəbul edəcək.

Quba şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) saat 12:00-da keçiriləcək qəbulda Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 17; əlaqə telefonu: (02332) 5-18-88, 055-950-58-83, 077-338-31-20), habelə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (012) 493-54-30 və (051) 235-00-35 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Quba şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə naziri müavininin həmin gün keçiriləcək qəbuluna Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez