Ədliyyə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19.03.2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü ianələr edilir.

Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək göstərilməsi təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarından 870 min manat məbləğində vəsaitin köçürülməsi qərara alınıb.

Ədliyyə işçiləri koronavirusla mübarizədə dövlətimiz və xalqımızla həmrəy olduğunu bəyan edirlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez