Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür

Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar

İcraiyyə Komitəsinin iclası
Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək, uzun illər Təşkilatın rəhbər orqanı – İcraiyyə Komitəsində təmsil olunur.

Sentyabr ayının 4-dən 10-dək Niderlandın Haaqa şəhərində bütün qitələrdən olan 400-dən çox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Assosiasiyanın 15-ci İllik Konfransı, Ümumi Yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilmişdir.

Tədbirlərdə ölkəmiz Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinin tərkibinə  Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin rəisi Ruslan Hacıyev, ədliyyə nazirinin köməkçisi Adil Əbilov daxil olunmuşdur.

Komitənin iclasında ədliyyə naziri
Fikrət Məmmədovun çıxışı

Konfransın Niderlandın Şahzadəsinin iştirakı ilə Parlamentdə keçirilmiş təntənəli açılışında Krallığın ədliyyə naziri çıxış etmiş, tədbirdə beynəlxalq cinayətkarlığın yeni xüsusiyyətləri, hüquqi yardımın səmərəliliyinin artırılması, cinayətkarların ekstradisiyası, dəniz quldurluğu ilə mübarizə və digər aktual məsələlər müzakirə edilmişdir.

Ölkəmizin nümayəndə heyəti tərəfindən iclaslarda fəal iştirak olunaraq Konfransın əsas məruzəçisi qismində və seminarlarda çıxışlar edilmişdir.

İcraiyyə Komitəsinin iclasında bir sıra təşkilati məsələlərə baxılmış, o cümlədən səlahiyyət müddəti başa çatan İcraiyyə Komitəsi üzvlərinin seçkiləri keçirilmişdir. Assosiasiyanın mövcud qaydalarına əsasən Komitənin üzvləri ingilis dilini sərbəst bilməlidirlər və üç

Ümumi yığıncaq
illik müddətə yalnız bir dəfə təkrar seçilə bilərlər. Lakin, ölkəmizin Assosiasiyanın inkişafına verdiyi böyük töhfələr nəzərə alınaraq İcraiyyə Komitəsinin üzvü olan Azərbaycan nümayəndəsinin səlahiyyət müddəti müstəsna qaydada 1998-ci ildən hazıradək bir neçə dəfə uzadılmış və 2010-cu ildə başa çatmışdır. Bununla əlaqədar, İcraiyyə Komitəsinin fəaliyyətinə dəyərli töhfələrinə görə ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov Assosiasiyanın Xüsusi Xidmətlər Sertifikatı ilə təltif olunmuş və Assosiasiyanın Senatına üzv edilmişdir.
Ümumi Yığıncaqda ədliyyə naziri
Fikrət Məmmədovun çıxışı

Dünyada nüfuzunun getdikcə artan Assosiasiyanın rəhbər orqanında Azərbaycanın təmsil olunmasının əhəmiyyəti və böyük imkanlar verdiyi nəzərə alınaraq, Komitədə Avropa qitəsi üçün nəzərdə tutulmuş yerə ölkəmizdən də namizəd irəli sürülmüşdür. Gərgin rəqabət şəraitində keçən seçkilər nəticəsində məhz Azərbaycanın namizədi - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev Assosiasiyanın Ümumi Yığıncağında İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

Həmçinin, qondarma Dağlıq Qarabağ Respublikası baş prokurorunun Assosiasiyanın fərdi üzvlüyünə qəbul edilməsi ilə bağlı məsələ Azərbaycan tərəfinin qəti etirazına əsasən İcraiyyə Komitəsinin gündəliyinə çıxarılmış, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair xüsusi hazırlanmış BMT, ATƏT, Avropa Şurası və Avropa

Niderlandın ədliyyə naziri ilə görüş
İttifaqının qətnamə və digər rəsmi sənədlərindən ibarət toplu Komitə üzvləri arasında yayılmışdır. Nümayəndə heyətimizin rəhbəri tərəfindən Azərbaycanın haqlı mövqeyi barədə geniş məlumat verilmiş və müzakirələr nəticəsində milli maraqlarımıza uyğun qərar qəbul olunmuşdur.

Səfər zamanı həmçinin, Azərbaycan və Niderlandın ədliyyə nazirləri arasında səmimi şəraitdə işgüzar görüş keçirilərək əməkdaşlıq məsələləri müzakirə olunmuş, o cümlədən Niderlandda xarici rəsmi sənədlərin leqallaşdırılması tələbinin Azərbaycana münasibətdə ləğv edilməsi və istifadəsinin asanlaşdırılması bildirilmişdir.

Bununla yanaşı, Konfrans çərçivəsində bir sıra dövlətlərin prokurorluq, ədliyyə və məhkəmə orqanlarının rəhbərləri ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə dair danışıqlar aparılmışdır.

Eyni zamanda, iqamətgahı Haaqada yerləşən AVROCAST

Nümayəndə heyətinin üzvünün çıxışı
(Avropa Ədliyyəsi) təşkilatına səfər edilərək qurumun Prezidenti ilə görüş keçirilmiş, qarşılıqlı fəaliyyətinin imkanları araşdırılmış, konkret təbirlərin keçirilməsi müzakirə edilmişdir.

Bununla yanaşı Niderland Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutuna baş çəkilərək ekspertizanın müasir imkanları ilə tanış olunmuş, əməkdaşlığa dair danışıqlar aparılmışdır.

 

 

 

Tədbirdə iştirak etmiş Azərbaycan nümayəndə heyəti
AVROCAST-ın prezidenti ilə görüş
İcraiyyə Komitənin yeni tərkibi

iacca
iap
business ready
eplc
Ən Tez