Almaniya ilə hüquqi əməkdaşlıq çərçivəsində birgə tədbirlər keçirilir

Qabaqcıl Avropa dövlətləri ilə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilərək, 2009-cu ildə Almaniya federal ədliyyə nazirinin dəvəti ilə respublikamızın ədliyyə naziri Fikrət Məmmədov bu ölkədə səfərdə olmuş, iki ölkənin Ədliyyə nazirlikləri arasında hüquqi əməkdaşlığa dair Birgə Bəyanat imzalanmışdır. Bəyanatın implementasiyası ilə bağlı Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Direktoru ölkəmizə səfər edərək konkret tədbirlərin keçirilməsini müzakirə etmişdir.

Bununla yanaşı, Almaniya Federal Ədliyyə Nazirliyinin dəvəti ilə «Məhkəmə qərarlarının və cəzaların icra olunması üzrə təcrübə mübadiləsi» mövzusunda seminarda iştirak etmək üçün Azərbaycanın nümayəndə heyəti Berlində səfərdə olmuşdur. Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru Xanlar Zeynalovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə nazirliyin İcra və Penitensiar xidmətlərinin, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəhbər işçiləri, habelə hakimlər daxil olunmuşdur.

Seminarda icra məmurlarının fəaliyyəti və azadlıqdan məhrumetmə ilə əlaqədar olan cəzaların icrası təcrübəsi ətrafında faydalı fikir mübadiləsi aparılmış, ölkəmizdə ədliyyə sistemində aparılan islahatlara, o cümlədən müasir penitensiar infrastrukturun yaradılmasına, habelə icra işinin daha da yaxşılaşdırılması və bu sahədə yeni mütərəqqi qanunvericiliyin qəbul olunmasına böyük maraq göstərilmişdir. Bununla əlaqədar, alman mütəxəssisləri ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycana dəvət olunmuşlar.

Tədbir çərçivəsində həmçinin, Federal Ədliyyə Nazirliyinin fəaliyyəti ilə tanış olunaraq əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir

Şarlottenburq cəzaçəkmə müəssisəsi ilə tanışlıq
.

Respublikamızda müasir penitensiar komplekslərin inşası ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübədən bəhrələnmək üçün səfər zamanı Berlində Şarlottenburq cəzaçəkmə müəssisəsinə də baş çəkilərək yaradılmış şəraitlə tanış olunmuşdur.


iacca
iap
business ready
eplc
Ən Tez