Ədliyyə işçiləri könüllü qanvermə aksiyasına qoşulublar

Ölkəmizdə əhalinin sağlamlığının qorunmasına, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanların qabaqcıl dünya təcrübəsinə uyğun müalicə olunmasına xüsusi diqqət yetirilərək, bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir, müasir infrastrukturlar yaradılır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Talassemiyasız həyat naminə" proqram layihəsi çərçivəsində könüllü qanvermə aksiyaları keçirilir.

Görülən tədbirlər xüsusilə indiki COVİD-19 qlobal pandemiyası dövründə insanların donor qanına ehtiyacı probleminin həllinə, qeyd olunan xəstəliklərin effektiv müalicəsinə xidmət edir.

Respublikamızın Birinci vitse-prezidentinin çağırışlarına qoşulan daha 150 nəfərə yaxın ədliyyə işçisi iyulun 21-22-də Milli Hematologiya və Transfuziologiya Mərkəzində qan veriblər.

Bu cür nəcib və xeyirxah tədbirlərdə hər zaman fəallıq nümayiş etdirən ədliyyə işçiləri bundan sonra da yaxından iştirak etmək əzmindədirlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez