29-10-2020 | 18:45 937
Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyində daim diqqətdə saxlanılaraq Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən karantin rejimi şəraitində müxtəlif bölgələrin vətəndaşlarının videoformatda qəbulu keçirilib.
Sumqayıt, Göyçay və Xaçmaz regional ədliyyə idarələrində videoqəbula qoşulan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə Qələbəyə doğru inamla irəliləyən Ordumuza tam güvəndiklərini, böyük ruh yüksəkliyi ilə dövlət başçısının ətrafında sıx birləşdiklərini vurğulayıblar.
İşğaldan azad olunmuş rayonların qəbulda iştirak edən sakinləri öz dədə-baba yurdlarına qayıdacaqlarını səbirsizliklə gözlədiklərini bildirərək onlara yaşatdığı hədsiz sevinc və qürur hisslərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.