Ədliyyə işçilərinin peşə bayramı geniş qeyd olunmuşdur

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bəxş edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı artıq 11-ci ildir ki, yüksək fəxr hissi ilə geniş qeyd edilir .

Bayramla əlaqədar ədliyyə orqanlarında kütləvi tədbirlər təşkil olunmuş, o cümlədən Nazirlikdə ədliyyə veteranları və gənc ədliyyə işçiləri ilə rəhbərliyin görüşü keçirilmiş, müsabiqə əsasında müvəffəqiyyət qazanmış 100-ə yaxın gənc mütəxəssis ilk dəfə olaraq ədliyyə orqanlarına və penitensiar xidmətə işə qəbul edilmiş, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film və foto jurnal, həmçinin Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələrini əks etdirən toplu hazırlanmışdır .

Noyabrın 22-də ədliyyə işçiləri və hakimlər Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, dahi öndərimizin xatirəsinə əbədi ehtiramlarını bildirmiş, abidəsi önünə əklil qoymuşlar. Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülmüş, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarımızın əziz xatirələri anılmışdır .

Sonra Ədliyyə Nazirliyində əlamətdar bayrama həsr olunmuş geniş yığıncaq keçirilmiş, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik etmişdir.

Nazir ümummilli liderimiz tərəfindən təməli qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarını, o cümlədən bu sahədə yeni qanunvericilik aktlarının qəbulunu, məhkəmə və ədliyyə infrastrukturunun müasirləşdirilməsini, nazirliyin səlahiyyətlərinin genişləndirilməsini, ədliyyənin davamlı inkişafına dair digər mühüm tədbirləri vurğulamışdır .

Yığıncaqda ədliyyənin fəaliyyətinə yüksək diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunmuş, ədliyyə işçiləri ölkəmizin hərtərəfli tərəqqisində dövlət başçısına layiqli yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər. Bayram münasibətilə fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçisi mükafatlandırılmışdır.

Tədbirdə «Azərbaycan ədliyyəsi – 2010» filmi nümayiş olunmuşdur .

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez