Azərbaycan Respublikası Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Ədliyyə orqanlarının yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə növbəti açıq müsabiqə elan edilir.

Bildirilir ki, hazırki müsabiqə üzrə vakant vəzifələr əsasən icra xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrindədir.

Müsabiqədə iştirak etmək istəyən və «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.

Sənədlər 2011-ci il yanvar ayının 5-dən etibarən Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) bütün iş günləri qəbul ediləcəkdir. Test imtahanının vaxtı və yeri barədə sənədlərin qəbulu başa çatdıqdan sonra Müsabiqə Komissiyası tərəfindən əlavə məlumat veriləcəkdir.

Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər aidiyyəti məsələlərlə bağlı nazirliyin internet səhifəsindən, eləcə də 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə əlavə məlumat almaq olar.

Həmçinin xatırladırıq ki, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114) və tibb (Bakı şəhəri, Bülbül prospekti 2) xidmətlərinə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu aidiyyəti baş idarələrdə fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez