Ədliyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev iştirak etmişdir.
Dövlətimizin başçısı İlham Əliyevin peşə bayramları münasibətilə ədliyyə işçilərinə ünvanladığı təbrik məktubunu Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov oxumuşdur.
Ədliyyə naziri Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafı prosesində xidmətlərini xatırlatmışdır. Nazir qeyd etmişdir ki, bu sahədə həyata keçirilən uğurlu islahatlar Azərbaycanda ədliyyə sisteminin inkişafı və formalaşması ilə nəticələnmişdir.
Ədliyyə sisteminin inkişafında dövlətin diqqət və qayğısından danışan nazir qeyd etmişdir ki, Prezident İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair Sərəncamları çoxmilli ədliyyəçilər ordusu tərəfindən yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin yenidən Azərbaycan dövlət başçısı seçilməsi 90 illik yubleyini qeyd edən ədliyyə orqanları işçilərinin sevincinə səbəb olmuşdur. Bildirilmişdir ki, bu gün Azərbaycanda müşahidə olunan inkişaf meyilləri ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Fikrət Məmmədov demişdir ki, hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və qeydiyyatını aparır. Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərə dair rəylər verir, hüquqi maarifləndirmə işi aparır.
Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın məhkəmə sisteminin tarixindən danışmış, son illərdə ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla aparıldığını, bu sahədə nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırmışdır. Azərbaycanda məhkəmə hakimiyyətinin Konistitusiyada təsbit olunduğunu bildirən Ali Məhkəmənin sədri, insan hüquq və azadlıqlarının qorunması üçün hazırda ölkədə üçpilləli məhkəmə sisteminin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.
Mərasimdə xarici ölkələrdən göndərilən təbrik məktubları oxunmuşdur.
Sonra Ədliyyə Nazirliyinin fəaliyyətindən bəhs edən “Ədliyyə Nazirliyinin dünəni, bu günü” filmi nümayiş olunmuşdur.
Mərasim konsert proqramı ilə davam etmişdir.

 

 

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez