IMAGE

Türkiyənin ədliyyə naziri Azərbaycanın Qələbəsi münasibətilə Fikrət Məmmədova zəng edib

Noyabrın 13-də Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov arasında telefon danışığı olub.

Danışıq zamanı A.Gül dost və qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən şanlı Qələbə münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin haqq davasında zəfər çalması ilə bağlı sevincini bölüşüb. Türkiyəli nazir xalqlarımızın və dövlətlərimizin hər zaman bir-birinin yanında olduğunu qeyd edərək bundan sonra da dəstəyini əsirgəməyəciyini vurğulayıb.

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov təbrikə görə təşəkkürünü bildirib, müharibənin ilk günündən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının Azərbaycanın yanında olduğunu qeyd edib, bu ərəfədə yüksək səviyyəli şəxslərin ölkəmizə dəstəkverici səfərlərini xüsusilə vurğulayıb.

F.Məmmədov həmkarının səmimi dəstəyinə, o cümlədən tvitter hesabı ilə ürək sözlərinə görə minnətdarlığını ifadə edib, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinin önəmli addım olduğunu bildirib.

Söhbət zamanı nazir, həmçinin oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ ilə bağlı bir daha kədərini ifadə edib, həlak olanlarla bağlı başsağlığı verib.

Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu əbədidir və hərtərəfli əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcəkdir.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez