Korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirlər davam etdirilir

Dövlət başçısı cənab İlham Əliyevin korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair tapşırığından irəli gələn məsələlər Ədliyyə Nazirliyinin geniş Kollegiyasında ətraflı müzakirə edilərək qəti tədbirlər müəyyən edən əhatəli əmr qəbul olunmuşdur.

Görülən tədbirlər çərçivəsində nazirliyin Penitensiar xidmətində geniş müşavirə keçirilmişdir .

Penitensiar xidmətin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəhbər şəxslərinin, bütün cəzaçəkmə müəssisələri rəislərinin iştirak etdiyi tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov son illər ölkə Prezidentinin göstərişləri ilə penitensiar sistemdə aparılan islahatları qeyd etmiş, bununla belə fəaliyyətdə nöqsan və çatışmazlıqları nəzərə çatdırmış, korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının qətiyyətlə alınması, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, rejimə dönmədən əməl olunması, xidməti yoxlamalarda prinsipiallığın artırılması, ictimai nəzarətin və şəffaflığın gücləndirilməsi üzrə ciddi tapşırıqlar vermişdir.

Həmçinin, tədbirdə məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin və təminatının yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi üzrə əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

İclasda Penitensiar xidmətin yeni təyin olunmuş rəisi - ədliyyə nazirinin müavini Mədət Quliyev kollektivə təqdim olunmuşdur. M.Quliyev çıxış edərək, göstərilmiş yüksək etimadı doğrultması, penitensiar sistemdə mütərəqqi islahatların davam etdirilməsi və mövcud nöqsanların aradan qaldırılması üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez