Korrupsiya ilə mübarizə ədliyyə orqanlarının diqqət mərkəzindədir

Ölkə Prezidenti cənab İlham Əliyevin korrupsiya ilə mübarizənin gücləndirilməsi üzrə tapşırıqlarının icrası məqsədilə Ədliyyə Nazirliyi tərəfindən təsirli tədbirlərin görülməsi davam etdirilir. Bu tədbirlər çərçivəsində Xaçmaz rayonunda şimal bölgəsinin ədliyyə orqanlarının bütün əməkdaşlarının iştirakı ilə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş geniş zona müşavirəsi keçirilmişdir.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov tədbirdə çıxış edərək regionların hərtərəfli inkişafını əngəlləyən korrupsiyanın qarşısının alınması, yerlərdə hüquq təsisatlarının inkişafı və əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, fəaliyyətdə şəffaflığın artırılması üzrə tədbirləri qeyd etmiş, yerli qurumlarda süründürməçiliyin və digər xoşagəlməz halların tamamilə aradan qaldırılmasının, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin yaradılmasının labüdlüyünü vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, xüsusi yaradılmış monitorinq qrupları tərəfindən tabe qurumlarda yoxlamalar aparılmış, aşkar olunan problemlər yerində həll edilmiş, nazirliyin “qaynar xətt”lərinə daxil olan şikayətlər dərhal araşdırılmış və təxirəsalınmaz işlər görülmüşdür.

Müşavirədə əhalinin birbaşa təmasda olduğu məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat sahəsində işin düzgün təşkili və nizam-intizamın möhkəmləndirilməsi, korrupsiya və digər neqativ hallara şərait yaradan amillərin qarşısının qətiyyətlə alınması və qabaqlayıcı tədbirlərin görülməsi, mövcud nöqsanların aradan qaldırılması üzrə ciddi tapşırıqlar verilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez