08-04-2011 | 04:02 1123
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan Fransanın sabiq ədliyyə naziri, Avropa Parlamentinin deputatı xanım Raşida Dati aprelin 8-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdü r.
Ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən hüquqi əlaqələrin inkişafını vurğulayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsini, xüsusilə hakimlərin sayının iki dəfə artırılmasını, hakimliyə namizədlərin ən şəffaf prosedurlarla seçimini qeyd etmiş, Azərbaycanın bu sahədə müsbət təcrübəsinin Avropa Şurası tərəfindən yayılmasının qərara alındığını söyləmişdir.
Qonaq respublikamızda həyata keçirilən hərtərəfli, o cümlədən məhkəmə-hüquq islahatlarından xəbərdar olduğunu qeyd edərək, bu sahənin daim təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır. Xanım R.Dati Azərbaycanla hüquqi əlaqələri daha da genişləndirməkdə marağını bildirmiş və insan hüquqlarının təşviqi, inzibati məhkəmələrin fəaliyyəti və digər məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.
Görüşdə ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişdir.