IMAGE

Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə videokonfrans formatında görüş

Fevralın 25-də Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə ədliyyə nazirinin müavini Vilayət Zahirovun videoformatda görüşü keçirilib.

Tədbirdə Konqresin yerli və regional demokratiya üzrə həmməruzəçiləri, "Yerli Özünüidarə haqqında" Avropa Xartiyası üzrə eksperti, həmçinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbər şəxsləri iştirak ediblər. Görüşdə məqsəd Konqresin Azərbaycanda yerli özünüidarəetmə institutunun inkişafı ilə bağlı tövsiyələrinin icrası vəziyyətini, bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bələdiyyə institutunun inkişafı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, onların səlahiyyətlərinin genişləndirilməsi, şəffaflığın artırılması, müasir İKT-lərin və elektron xidmətlərin tətbiqi üzrə görülən tədbirlər barədə məlumat verib.

Həmçinin Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodoloji yardımın göstərilməsi, bələdiyyə üzvlərinin və qulluqçularının tədrisi və maarifləndirilməsi, inzibati nəzarət sahəsində görülən işlər vurğulanıb. Bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi və mütəşəkkilliyinin təmin edilməsində bələdiyyə assosiasiyalarının mühüm rolundan bəhs olunaraq Konqreslə səmərəli əməkdaşlıq qeyd edilib.

Konqresin regional demokratiya üzrə həmməruzəçisi, Birləşmiş Krallığın Milli Assambleyasının üzvü Stüart Dikson təmsil etdiyi qurumun Azərbaycanla yerli demokratiya sahəsində əlaqələrə mühüm önəm verdiyini, bələdiyyə institutunun inkişafı ilə bağlı görülən tədbirləri və beynəlxalq təşkilatlarla həyata keçirilən layihələri, bu sahədə Ədliyyə Nazirliyinin fəaliyyətini məmnunluqla qarşılayıb, qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdirilməsinə hazır olduğunu söyləyib.

Videokonfransda torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu 30 il ərzində həmin ərazilərdə bələdiyyə institutunun yaradılmasının qeyri-mümkünlüyü və keçmiş məcburi köçkünlərimizin uzun illərdir yerli özünüidarə hüququndan tamamilə məhrum olduğu xüsusilə diqqətə çatdırılıb, ötən il Ermənistanın hərbi təxribatlarına cavab olaraq aparılmış Vətən müharibəsində ölkəmizin qələbə qazanaraq işğala son qoyduğu vurğulanıb, azad edilmiş ərazilərimizdəki mövcud vəziyyət, bütün infrastrukturun dağıdılması, hazırkı görüşün Ermənistanın fevralın 26-da Xocalıda törətdiyi soyqırımının 29-cu ildönümünə təsadüf etdiyi qeyd olunub.

Tədbirdə həmçinin, faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran suallar ətraflı cavablandırılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez