İtaliya ilə hüquqi sahədə əməkdaşlıq genişlənir

Aprelin 18-də ədliyyə naziri Fikrət Məmmədov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Corco Stefano Baldi ilə görüşmüşdür.

Ölkəmizin İtaliya ilə hərtərəfli səmərəli əməkdaşlığını qeyd edən nazir iki ölkənin Ədliyyə nazirlikləri arasında 2005-ci ildə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasının və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsini, o cümlədən yeni məhkəmə və penitensiar infrastrukturun yaradılmasını, bu islahatlarda həm də italiyalı mütəxəssislərin iştirakını qeyd etmişdir.

Azərbaycanın İtaliya üçün vacib ölkə olduğunu bildirən səfir bir çox oxşar xüsusiyyətlərə malik xalqlarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafını, ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əməkdaşlığın böyük prespektivlərinin olduğunu qeyd etmiş, Ədliyyə nazirlikləri arasında əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir .

Görüşdə həmçinin, əməkdaşlığın prioritetləri müzakirə olunmuş, qarşılıqlı fəaliyyətə dair bir sıra konkret təkliflər irəli sürülmüşdür.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez