12-03-2021 | 11:07 760
Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarınının vahid internet portalına daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər.
Tender proseduru Qanunun tələblərinə uyğun olaraq yalnız kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən iddiaçılar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba “ASAN Ödəniş” sistemi vasitəsi ilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron qaydada adı çəkilən tender bölməsində əldə edə bilərlər. (Əlaqələndirici şəxs: Mənsumə Hüseynova, telefon: 537-11-52)
İştirak haqqı: - 250 manat.
Ədliyyə Nazirliyi (Tender)
VÖEN:1300286111
Hesab : AZ68CTRE00000000000002088471
Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
SWIFT : CTREAZ 22
Büdcə təsnifatının kodu: 142330
Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşаğıdakı təşkilati və hüquqi sənədləri təsdiq olunmuş qaydada Portal vasitəsilə təqdim etməlidirlər.
1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
2. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq olunmuş);
3. Tender təklifi (zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (təkliflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
8. Vergilər Nazirliyi tərəfindən iddiaçının işçilərinin sayı, əmlakı, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;
9. İddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatı;
10. İddiaçıya müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq (lisenziya)
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 08.04. 2021-ci il saat 11.00-a qədər, tender təklifi ilə bank təminatını isə 16.04.2021-ci il saat 17.00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 19.04.2021-ci il saat 11.00-da elektron Portal vasitəsilə açılacaqdır.
İddiaçılar tenderin nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Ədliyyə Nazirliyinin
Tender Komissiyası