02-05-2011 | 04:02 2083
Avropa məkanında hüquq sistemlərinin təkmilləşdirilməsi və inkişafında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhkəməyə ildə 60 mindən çox şikayət daxil olur, insan haqlarının müdafiəsində mühüm presedentlər yaradılır, milli qanunvericiliklərin təkmilləşməsinə töhfələr verilir .
Bununla belə Avropa Məhkəməsinə şikayətlərin sayı son illər kəskin artsa da onların 90 faizi Konvensiyaya uyğun olmadığından icraata qəbul edilmir və məhkəmənin iş yükünün əsassız artımı ilə nəticələnir. Həmçinin, Azərbaycandan məhkəməyə daxil olan şikayətlər orta Avropa rəqəmindən 2 dəfə az olmasına baxmayaraq, onların da böyük əksəriyyəti rədd edilir.
Avropa Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliyinin artırılması məqsədilə Avropa Şurası tərəfindən ötən həftə Türkiyənin İzmir şəhərində məhkəmənin gələcəyinə dair yüksək səviyyəli Konfrans keçirilmişdir.
Tədbirdə Azərbaycanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, dövlətimizin Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov və ədliyyə nazirinin köməkçisi Adil Əbilov təmsil etmişlər.
Avropa Şurasının üzv və müşahidəçi dövlətlərinin ədliyyə və xarici işlər nazirlərinin, digər yüksək səviyyəli rəsmi şəxslərinin iştirak etdiyi bu mötəbər konfransın açılışında Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu və ədliyyə naziri Ahmet Kahraman, Avropa Şurasının Baş katibi Turbyorn Yaqland, AŞPA-nın sədri Mevlüt Çavuşoğlu, Avropa Məhkəməsinin sədri Jan-Pol Kosta, İnsan Hüquqları üzrə Avropa Komissarı Tomas Hammarberq çıxış etmiş, Avropa Məhkəməsinin səmərəsinin artırılması, mövcud problemlər və onların həlli ilə bağlı müzakirələr keçirilmişdir.
Xatirə şəkli |
Tədbirdə çıxış edən ölkəmizin ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Məhkəməsinin restrukturizasiyası, daha effektiv mexanizmlərin tətbiqi ilə bağlı təkliflər vermiş, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının müdafiəsi üzrə həyata keçirilən mütərəqqi islahatları qeyd etmişdir
Azərbaycanın nümayəndə heyəti |
.
Həmçinin, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın beşdə birinin işğal olunması, 1 milyon soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsi, bununla da Avropa Konvensiyası ilə qorunan insan haqlarının kobud pozulması Konfrans iştirakçılarının xüsusi diqqətinə çatdırılmışdır. Belə mötəbər tribunadan Azərbaycan həqiqətlərinin səslənməsi erməni nümayəndə heyətinin böyük narahatlığına səbəb olmuşdur. İngilis dilində olan çıxışın, həm də rus dilində mətnləri tədbir iştirakçıları arasında yayılmışdır.
Konfransın sonunda Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə müvafiq fəaliyyət planı nəzərdə tutan Bəyannamə qəbul olunmuşdur.
Tədbir çərçivəsində həmçinin Avropa Şurasının baş katibi, İnsan hüquqları üzrə komissarı, habelə bir sıra dövlətlərin ədliyyə nazirləri ilə görüşlər keçirilmiş, insan hüquqlarının təşviqi və əməkdaşlığa dair faydalı müzakirələr aparılmışdır.
Turbyorn Yaqlandla görüş |
Mevlüt Çavuşoğlu və Çernoqoriya baş nazirinin müavini,
|
Tomas Hammarberqlə görüş |
Macarıstanın ədliyyə üzrə dövlət naziri Robert Repassi ilə görüş |