Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyi və struktur qurumlarının istifadəsi üçün təsərrüfat mallarının satınalması məqsədilə açıq tender elan edir

 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi və struktur qurumlarının istifadəsi üçün

təsərrüfat mallarının satınalması məqsədilə

AÇIQ TENDER ELAN EDİR:

Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarınının vahid internet portalına daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər.

Tender proseduru Qanunun tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən iddiaçılar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba “ASAN Ödəniş” sistemi vasitəsi ilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə və müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. (Əlaqələndirici şəxs: Mənsumə Hüseynova, telefon: 537-11-52)

İştirak haqqı: - 250 manat.

Ədliyyə Nazirliyi (Tender)

VÖEN:1300286111

Hesab : AZ68CTRE00000000000002088471

Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWIFT : CTREAZ22

Büdcə təsnifatının kodu: 142330

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşаğıdakı təşkilati və hüquqi sənədləri təsdiq olunmuş qaydada Portal vasitəsilə təqdim etməlidirlər.

1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

2. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri ;

3. Tender təklifi (zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında arayış;

7. Əsas Şərtlər Toplusunda müəyyən edilmiş digər müvafiq sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 07.05. 2021-ci il saat 11.00 tarixinə qədər, tender təklifi ilə bank təminatını isə 20.05.2021-ci il saat 17.00 tarixinə qədər Portalda elektron qaydada yerləşdirməlidirlər. İddiaçıların təklifləri 21.05.2021-ci il saat 11.00 tarixdə elektron Portal vasitəsilə açılacaqdır.

İddiaçılar tenderin nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Ədliyyə Nazirliyinin

Tender Komissiyası

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez