19-04-2021 | 09:40 379
Ədliyyə Nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün onlayn-seminar müşavirələr keçirilib.
Tədbirlərdə ölkə Prezidentinin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilməsi ilə bağlı bələdiyyələrin fəaliyyəti, mədəni irsin qorunması sahəsində bələdiyyələrin rolu, dahi şairin həyat və fəaliyyətinə həsr olunan tədbirlər barədə çıxışlar edilib, müzakirələr aparılıb.
Bununla yanaşı, yerli vergi və ödənişlərin uçotu, hesablanması və yığımı ilə bağlı görülən işlər və mövcud çatışmazlıqların aradan qaldırılması yolları, bələdiyyələrin vəzifəli şəxslərinin məsuliyyəti, bu sahədə müsbət iş təcrübələrinin öyrənilməsi və tətbiqi barədə müzakirələr aparılıb.
Gündəlikdə duran məsələlər üzrə qanunvericiliyin tələbləri və bələdiyyələrin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.