Azərbaycanın antikorrupsiya təcrübəsinə maraq artır

Dövlət başçısı cənab İlham Əliyevin güclü siyasi iradəsi və qəti mövqeyi ilə Azərbaycanda ümumbəşəri sosial bəla olan korrupsiya ilə ciddi mübarizə aparılaraq, təsirli tədbirlər görülür.

Ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verərək, 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri kimi onun işində fəal iştirak edir. Assosiasiyanın ötən il keçirilmiş 4-cü İllik Konfransında ölkəmizin ədliyyə naziri yenidən qurumun vitse-prezidenti seçilmişdir.

Bu günlərdə Qətərin paytaxtı Doha şəhərində Assosiasiyanın İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov təmsil etmişdir.

İclasda Assosiasiyanın inkişaf strategiyasının layihəsi müzakirə olunmuşdur. Bu mühüm sənədin hazırlanmasında Azərbaycanın xüsusi rolu və böyük töhfəsi vurğulanmışdır. Ölkəmizin ədliyyə naziri tərəfindən tədbirdə çıxış edilərək, Assosiasiyanın inkişafına dair təkliflər verilmiş, respublikamızda korrupsiyanın qarşısının alınması üzrə aparılan intensiv tədbirlər qeyd olunmuşdur .

Tədbirdə həmçinin təşkilati məsələlər, o cümlədən Assosiasiyanın prioritetləri və gələcək fəaliyyəti, 9 dekabr - Beynəlxalq Antikorrupsiya Günü ilə bağlı silsilə tədbirlərin keçirilməsi, maarifləndirmə işinin gücləndirilməsi və s. məsələlər müzakirə edilmişdir.

Həmçinin, iyul ayında qabaqcıl antikorrupsiya təcrübələrinin öyrənilməsinə dair geniş beynəlxalq seminarın keçirilməsi nəzərə alınaraq, Azərbaycanın bu sahədə praktikasına maraq göstərilmiş və ölkəmizin mütəxəssisləri həmin tədbirdə mühazirələrlə çıxış etmək üçün dəvət olunmuşlar.

Səfər zamanı bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, antikorrupsiya fəaliyyətinə və əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez