06-05-2021 | 18:08 635
Bələdiyyə üzvlərinin hüquqi biliklərinin artırılmasına kömək məqsədilə Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün ardıcıl seminar-müşavirələr keçirilir.
Bələdiyyələrin hüquqi maarifləndirilməsi məqsədilə keçirilən tədbirlərdə "Debitor borcların həlli yolları, ödənişdən yayınan borclu şəxslərlə bağlı pul tələbinə dair bələdiyyələrin inzibati aktlarının qəbulu və məcburi icraya yönəldilməsi ilə əlaqədar qanunvericiliyin tələbləri, borclu şəxslərlə izahat işinin aparılması və ictimai qınaq kimi təsirli vasitələrdən istifadə olunması", "Yerli özünüidarəetmədə müasir İKT imkanlarından, o cümlədən Bələdiyyələrlə iş portalının ilkin versiyasından səmərəli istifadə olunması. Bələdiyyələrin rəsmi internet və sosial şəbəkədə səhifələrinin açılması və bu səhifələrdə əhalinin görülən işlər barədə məlumatlandırılması" və "Bələdiyyələrin işində şəffaflığın artırılması, bələdiyyələrin hesabatları barədə qanunvericiliyin tələbləri" mövzuları tədris olunub.
Müşavirələrdə gündəlikdə nəzərdə tutulan məsələlər üzrə qanunvericiliyin tələbləri və bələdiyyələrin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.