02-12-2008 | 04:02 1046
Ölkəmizin ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Şurasının Baş katibi Terri Devislə görüşmüşdür.
Respublikamızda həyata keçirilən demokratik dəyişikliklər, ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən genişmiqyaslı işlər barədə məlumat verən nazir, bu islahatların Avropa Şurası ilə intensiv və səmərəli əməkdaşlıq şəraitində aparıldığını xüsusi qeyd etmişdir.
Azərbaycanın Avropa Şurası üçün xüsusi maraq kəsb edən ölkə olduğunu bildirən cənab Terri Devis, ölkəmizdə gedən islahatlara bundan sonra da hər cür dəstək verməyə hazır olduğunu vurğulamışdır.
Görüşdə əməkdaşlıq perspektivləri, söz və mətbuat azadlığı, korrupsiyaya qarşı mübarizə, məhkumların hüquqlarının qorunması, əfv institutunun tətbiqinə dair ətraflı müzakirələr aparılmış, qarşılıqlı maraq kəsb məsələlərə aydınlıq gətirilmişdir.