05-08-2021 | 14:41 1543
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ mexanizmlərin tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Ədliyyə nazirinin müavini Eldar Nuriyevin sədrliyi ilə xüsusi karantin qaydalarına əməl olunmaqla nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş müşavirədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Çıxış edən nazir müavini ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində xalqımızın parlaq qələbəsini, işğaldan azad edilmiş doğma torpaqlarımızın yenidən dirçəlişi istiqamətində irimiqyaslı tədbirlərin görüldüyünü, müharibə zamanı Ermənistanın dinc əhalimizə qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərinin istintaqı, dağıdılmış mülki infrastruktura dəymiş külli miqdarda ziyanın qiymətləndirilməsi məqsədilə hadisə yerlərinə baxışlar keçirildiyini, çevik qaydada ekspertizaların aparıldığını bildirmişdir.
Müşavirədə mərkəzin rəis müavini vəzifəsini icra edən
Rahim Rəhimov çıxış edərək cari
ildə
mərkəzə
daxil
olan
ekspertiza
işlərinin
sayının
16%-dən çox artaraq 21 mini ötdüyünü, onlardan 17.500-dən çoxunun icraatının tamamlandığını,
ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi üzrə aparılan davamlı işlərin nəticəsi
olaraq mərkəzin 4 regional bölməsi tərəfindən aparılan ekspertizaların həcminin
30% artdığını vurğulamışdır.
Həmin dövrdə ekspertlər tərəfindən 371 mindən çox tədqiqat
obyekti araşdırılaraq 90 faizə yaxın - 39 mindən çox sual cavablandırılıb. Cari
ildə tikinti-texniki, müharibə cinayətləri ilə bağlı olan ballistik, əmtəəşünaslıq,
mühasibatlıq, narkotik vasitələrin, audio və video yazıların ekspertizaları üzrə
işlərin sayında artım qeydə alınıb.
Ədalət mühakiməsinin həyata keçirilməsində
operativliyin, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə ekspertizaların
72%-i qanunvericiliklə müəyyən olunmuş müddətdən tez başa çatdırılıb.
Ekspertizaların keçirilməsi ilə bağlı dövlət
büdcəsinə ödənilməli vəsaitin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12%-dən
çox artıb.
Ədliyyə orqanlarında işə yüksək tələbkarlığın və ekspertizaların
keyfiyyətinin artırılması üzrə görülən tədbirlərin nəticəsi olaraq təkrar ekspertizaların
sayı 13% azalıb. Məhkəmə və hüquq mühafizə orqanlarına metodik kömək məqsədilə təqdim
olunmuş sənədlərin sayı 28% artıb.
Cari ildə özəl məhkəmə ekspertizası institutunun təşviqi
məqsədilə “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri”nin və “Məhkəmə
ekspertizasının metodik fondu”nun formalaşdırılması məqsədilə 198 tədqiqat metodikasına
dair pasport hazırlanıb, metodik fondla bağlı 251 adda elmi-metodiki materiallar
tərtib edilib, maarifləndirici video-çarxlar və digər
əyani vəsaitlər hazırlanıb.
Müşavirədə məhkəmə ekspertizası fəaliyyətində
müasir İnformasiya-kommunikasiya
texnologiyalarının və elektron xidmətlərin tətbiqi, beynəlxalq
əlaqələrin genişləndirilməsi sahəsində görülən işlər, beynəlxalq akkreditasiya ilə
bağlı fəaliyyət barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə 6
ekspert ixtisası üzrə ekspertizalar beynəlxalq akkreditasiyadan keçməklə həyata
keçirilir.
İclasda görülmüş işlərlə yanaşı, mövcud
nöqsan və çatışmazlıqlar diqqətə çatdırılaraq onların aradan qaldırılması istiqamətində
görüləcək tədbirlər müəyyən edilib.
Müşavirəyə yekun vuran nazir müavini ölkə
başçısının maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə
edilməsi, israfçılığa və lüzumsuz xərclərə yol verilməməsi barədə göstərişlərini
diqqətə çatdırmaqla yanaşı qarşıda duran vəzifələrin yerinə yetirilməsi, ekspertiza
fəaliyyətinin səmərəliliyinin artırılması, cinayətkarlığa qarşı mübarizədə profilaktik
işlərin sürətləndirilməsi, ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaşların,
xüsusilə şəhid olmuş, itkin düşmüş,
əlil olmuş şəxslərin ailə üzvlərinin müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı zəruri tapşırıqlar verib.
Ədliyyə Nazirliyi
Mətbuat xidmətinin məlumatı