Ədliyyə işçilərinin təbriki

Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri

cənab İlham Əliyevə

 

 

Möhtərəm cənab Prezident!

 

Sizi ailənizdə çox xoşbəxt və əlamətdar bir hadisəyə çevrilmiş iki gözəl oğlan uşağının dünyaya gəlməsi və ikiqat baba olmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı və uzun ömür arzulayıram...

Ümummilli lider Heydər Əliyev ocağını fərəhləndirən belə bir xoş müjdə Sizin qayğınız və etimadınızla bu ərəfədə layiqincə qeyd olunmuş Azərbaycan ədliyyəsinin 90 illik yubileyinin təəssüratlarını yaşayan biz ədliyyə işçilərinin hədsiz sevincinə səbəb olmuşdur.

Tam əminik ki, ailənizin yeni üzvləri onun zəngin ənənələrini qoruyaraq daim yaşadacaq, xalqımızın layiqli övladları olacaqlar.

Möhtərəm cənab Prezident!

Sizi bir daha bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edir, ailənizə daim işıqlı və təbəssümlü günlər arzulayır, xoşbəxtlik və səadət diləyirəm.

Dərin hörmət və ehtiramla,

Ədliyyə işçiləri adından
ədliyyə naziri Fikrət Məmmədov

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez