Ədliyyə Nazirliyində dövlət təltifləri təqdim edilmişdir

Ədliyyə Nazirliyində dövlət təltiflərinə layiq bilinmiş bir qrup məhkəmə aparatı işçilərinə təltiflərin təqdim olunması mərasimi keçirilmişdir.

Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək, ulu öndər Heydər Əliyev tərəfindən müstəqil Azərbaycanda qüdrətli dövlətin yaradıldığını, hərtərəfli, o cümlədən mütərəqqi hüquqi islahatların aparıldığını, bu müdrik siyasi kursu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın sürətli inkişafına görə Azərbaycanın lider dövlətə çevrilməsini, insanların rifahının yaxşılaşmasını, demokratik hüquqi dövlət quruculuğunda nailiyyətləri qeyd etmişdir.

Vurğulanmışdır ki, məhkəmə fəaliyyətinə dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı göstərilərək, hakimlərin və məhkəmə aparatı işçilərinin maddi təminatı və sosial müdafiəsi gücləndirilmiş, fəaliyyətdə fərqlənmiş şəxslər orden və medallarla təltif olunmuş, fəxri adlara layiq bilinmişlər.

Tədbirdə bu il Dövlət qulluqçularının peşə bayramı ərəfəsində ölkə Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş bir qrup məhkəmə işçisinə F.Məmmədov tərəfindən həmin medallar təntənəli təqdim edilmişdir.

Uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə təltif olunanlar əməklərinə verilən yüksək qiymətə və göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə etmiş, məhkəmə və ədliyyə sisteminin tərəqqisi naminə bundan sonra da layiqincə fəaliyyət göstərəcəklərini vurğulamışlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez