12-08-2021 | 15:20 437
Bələdiyyə üzvlərinin hüquqi biliklərinin artırılmasına kömək məqsədilə Bələdiyyələrlə iş mərkəzi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün 11 avqust 2021-ci il tarixdə “Bələdiyyələrdə rəqəmsal texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, hesabatlılıq və şəffaflığın artırılması” və “İnformasiya azadlığının təmin edilməsində bələdiyyələrin vəzifələri” mövzularında onlayn seminar müşavirə keçirilmişdir. Müşavirədə gündəlikdə nəzərdə tutulan məsələlər üzrə son illər ölkəmizdə aparılan işlərlə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.