Azərbaycan və Niderland arasında hüquqi əlaqələr inkişaf edir

Sentyabrın 7-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Niderland Krallığının ölkəmizdəki səfiri Aryen Uyterlinde ilə görüşmüşdür .

Azərbaycan və Niderland arasında səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir 2002-ci ildə Ədliyyə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun əməkdaşlıq üçün zəmin yaradaraq hüquqi sahədə əlaqələrimizin inkişaf etdiyini, Niderland ədliyyə nazirinin ötən il Azərbaycana səfərinin, keçirilmiş görüşlərin və danışıqların əhəmiyyətini vurğulamış, respublikamızda aparılan mütərəqqi məhkəmə və ədliyyə islahatları barədə məlumat vermişdir.

Niderlandın ölkəmizlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən səfir hüquqi əməkdaşlığın getdikcə inkişaf etdiyini və qarşılıqlı səfərlərin buna mühüm təkan verdiyini vurğulamış, ədliyyə və məhkəmə islahatlarının uğurlu nəticələrini təqdir etmiş, əməkdaşlığa dair konkret təkliflər irəli sürmüşdür.

Görüşdə maraq kəsb edən məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez