Ədliyyə Nazirliyində görüş

Sentyabrın 20-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov respublikamızda səfərdə olan Avropa Şurasının hüquqşünas-ekspertləri ilə görüşmüşdür.

Ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını qeyd edən nazir Azərbaycanda aparılan uğurlu məhkəmə-hüquq islahatları, yeni məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması, hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf qaydalarla seçimi və tədrisi üzrə işlər barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə Avropa Şurasının fəal iştirakını və dəstəyini vurğulamışdır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaqlar məhkəmə-hüquq sistemində əldə olunmuş nailiyyətlərlə, o cümlədən hakimlərin seçim proseduru ilə yaxından tanış olaraq, onları təqdir etmiş, faydalı təcrübə mübadiləsi aparmışlar.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyində olmuşlar.

Səfər çərçivəsində ekspertlər ölkəmizdə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlərə böyük maraq göstərərək, Ali Məhkəmənin yeni möhtəşəm binasına, habelə müasir tələblərə uyğun yeni inşa edilən məhkəmə binalarına baş çəkmişlər. Qonaqlar həmçinin, bir sıra qeyri-hökumət təşkilatları ilə görüşmüş, prokurorluğa peşə fəaliyyətinə buraxılışla bağlı Ədliyyə Akademiyasında icbari təlim keçən namizədlər qarşısında mühazirə ilə çıxış etmişlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez