BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı ölkəmizlə əməkdaşlığı davam etdirir

Sentyabrın 27-də ədliyyə nazirinin müavini Toğrul Musayev BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı Ofisinin yeni təyin olunmuş İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovla görüşmüşdür.

Ədliyyə Nazirliyinin Ali Komissarlıqla səmərəli əməkdaşlığını qeyd edən nazir müavini insan hüquqlarının etibarlı təmin olunmasının dövlətimizin ali məqsədi olduğunu bildirərək, bu sahədə ölkəmiz tərəfindən konvension öhdəliklərin icrasının təmin olunmasını və beynəlxalq normaların milli qanunvericiliyə implementasıyasını vurğulamış, əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləmişdir.

V.Şkolnikov təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini bildirmiş, ədliyyənin fəaliyyət istiqamətləri barədə məlumatları maraqla qarşılayaraq, konkret təkliflər irəli sürmüşdür.

Görüşdə Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın pozulmuş insan hüquqlarının təmin olunmasına beynəlxalq təşkilatlar tərəfindən diqqət artırılaraq bərpasının vacibliyi xüsusi qeyd olunmuş, BMT-nin müvafiq qurumlarına təqdim olunan ölkəmizin dövri məruzələrinin hazırlanmasında metodoloji yardımın göstərilməsi, əməkdaşlığın prioritetlərinə dair, o cümlədən məhkəmə qərarlarının icrası, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, ədliyyə işçilərinin, hakimlərin və digər hüquqşünasların tədrisi, Ali Komissarlıqla tanışlıq səfərlərinin təşkili barədə müzakirələr aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez