Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini anmışlar

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz fəaliyyəti, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin hərtərəfli inkişafında, demokratik hüquqi dövlətin qurulmasında müstəsna xidmətləri xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi hər zaman hədsiz məhəbbətlə və böyük ehtiramla yad edilir.

Müasir tariximizdə danılmaz rolu olan ulu öndərimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə orqanlarında geniş tədbirlər keçirilmiş, o cümlədən nazirlikdə Heydər Əliyev muzeyində əbədiyaşar liderin mənalı həyatını və çoxşaxəli fəaliyyətini əks etdirən zəngin sənədlər, fotoşəkillər, maraqlı ekspozisiyalarla tanış olunmuş, xüsusi stend yaradılmış, dahi öndərə həsr olunmuş film nümayiş etdirilmiş, ehsan süfrəsi açılmışdır.

Dekabrın 12-də ədliyyə işçiləri Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzərək, ulu öndərə sonsuz və dərin ehtiramlarını bildirmişlər.

Sonra nazirlikdə ümummilli liderin əziz xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl ədliyyə işçiləri dahi öndərin nazirlikdəki büstü önünə tər çiçəklər qoymuşlar.

Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, milli dövlətçiliyin qorunub saxlanmasında nüfuzlu siyasi və dövlət xadimi kimi müstəsna rolundan və xalqımız qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən hüquq sisteminin və ədliyyə orqanlarının inkişafına verilən yüksək töhfələrindən bəhs etmiş, dahi rəhbərin siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə daha da çiçəklənməsini, xalqımızın bütün sahələrdə yüksək nailiyyətlər qazanmasını vurğulamışdır.

Çıxış edən ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirmiş, əbədiyaşar liderin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalaraq, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində ölkə başçısına layiqli yardımçı olacaqlarını söyləmişlər.

 

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez