Ədliyyə Nazirliyində görüş

Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) vitse-prezidenti Haritini Diplanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Avropa Şurası ilə səmərəli əməkdaşlığı vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsinə xidmət edən məhkəmə və ədliyyə islahatları barədə məlumat vermiş, penitensiar sistemin inkişafı, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən CPT-nin tövsiyələri nəzərə alınaraq bu sahədə infrastrukturun müasirləşdirilməsi üzrə görülən əsaslı tədbirləri, səmərəli ictimai nəzarət mexanizminin tətbiqini qeyd etmişdir.

Azərbaycana səfər zamanı istintaq təcridxanalarına, bir sıra qapalı və açıq tipli cəzaçəkmə müəssisələrinə baş çəkdiklərini, məhkumlarla təkbətək görüşlər keçirdiklərini bildirən qonaqlar Ədliyyə Nazirliyi tərəfindən onların fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığına və yüksək səviyyəli əməkdaşlığa görə təşəkkürünü bildirmişlər. Ölkəmizdə geniş vüsət alan inkişafı, o cümlədən penitensiar sistemdə müsbət dəyişiklikləri təqdir edən nümayəndə heyəti məhkumların saxlanma şəraitinin, onlara göstərilən tibbi xidmətin xeyli yaxşılaşdırıldığını qeyd edərək, monitorinqlər zamanı penitensiar müəssisələrdə işgəncə və pis rəftar halları ilə bağlı hər hansı narahatlıq doğura bilən məlumatların daxil olmadığını, məhkumlarla yaxşı davranışın şahidi olduqlarını vurğulamışlar. Yeni inşa olunmuş Bakı istintaq təcridxanasında yaradılan yüksək şərait qonaqlarda xüsusi məmnunluq hissi doğurmuşdur.

Görüşdə, həmçinin mövcud problemlərə toxunularaq onların aradan qaldırılması yolları ətrafında faydalı fikir mübadiləsi aparılmış, məhkumların hüquqlarının daha etibarlı qorunmasına, onların sosial reabilitasiyasına, penitensiar qanunvericiliyin təkmilləşdirilməsinə dair müəyyən tövsiyələr verilmiş, qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunmuşdur.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez