IMAGE

Bələdiyyələrin hüquqi maarifləndirilməsi sahəsində tədbirlər davam etdirilir

Bələdiyyə üzvlərinin hüquqi biliklərinin artırılmasına kömək məqsədilə
Bələdiyyələrlə iş mərkəzi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin
sədrləri və üzvləri üçün 21 sentyabr 2021-ci il tarixdə “Yerli özünüidarəetmə
sahəsində korrupsiya hüquqpozmalarının qarşısının alınması” və “Yerli
özünüidarəetmədə vətəndaşların iştirakının genişləndirilməsi (məhəllə komitələrinin
yaradılması)” mövzularında onlayn seminar müşavirə keçirilmişdir. Müşavirədə
gündəlikdə nəzərdə tutulan məsələlər üzrə qanunvericiliyin tələbləri, son illər
ölkəmizdə aparılan işlər və bələdiyyələrin üzərinə düşən vəzifələr barədə ətraflı
məlumat verilmişdir.
Həmçinin tədbirdə ölkə başçısının 14.09.2021-ci il tarixdə Cəlilabad və
Şəmkir Rayon İcra Hakimiyyətinin başçılarının təyin olunmaları ilə əlaqədar
videoformatda qəbulundakı çıxışında verdiyi qəti tapşırıqlar bələdiyyələrin vəzifəli
şəxslərinin də diqqətinə çatdırılmışdır.
Sonda iştirakçıların sualları cavablandırılaraq bələdiyyələrə müvafiq tövsiyələr
verilmişdir.

iacca
iap
business ready
eplc
Ən Tez