IMAGE

Yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilir

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə üzvü və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması daim diqqətdə saxlanılaraq Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər, seminarlar, maarifləndirici tədbirlər keçirilir.

Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin təşəbbüsü ilə oktyabr 1-də Türkiyə Respublikasının Yozqat bələdiyyəsinin nümayəndələri ilə videokonfrans keçirilib. Mərkəzin, bələdiyyələrin milli assosiasiyalarının və ölkə üzrə 40-a yaxın bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və digər aktual mövzular müzakirələr olunub.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan hərtərəfli islahatlar çərçivəsində yerli özünüidarəetmə orqanlarının inkişafı üzrə görülən ardıcıl tədbirlər, bələdiyyələrə dövlət qayğısı barədə məlumat verilib. Bu sahədə təcrübə mübadiləsinin səmərəliliyi, iki ölkənin yerli özünüidarəetmə orqanları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Konfransda yerli iqtisadi, sosial, ekoloji proqramların hazırlanması, yerli büdcənin gəlir mənbələri, eləcə də yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi, mövcud problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparılıb. Bu sahədə Yozqat bələdiyyəsinin müsbət təcrübəsindən danışılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez