06-10-2021 | 10:58 482
Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarınının vahid internet portalından satınalma proseduru haqqında məlumat əldə etsinlər.
Satınalma proseduru Qanunun tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, təkliflər sorğusu üsulu tətbiq etməklə satınalma proseduru keçirilir.
Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar sorğuda iştirak etmək üçün aşаğıdakı təşkilati və hüquqi sənədləri təsdiq olunmuş qaydada təqdim etməlidirlər.
1.İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq olunmuş);
2.Təklif və iş həcmləri cədvəli (zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3.Təklifin dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
4.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
5.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
6.İddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
7.İddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatı;
8.İddiaçıya müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq (lisenziya);
9.Əsas Şərtlər Toplusunda müəyyən edilmiş digər müvafiq sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları satınalan təşkilata ünvanlaya bilərlər. (Əlaqələndirici şəxs: Mənsumə Hüseynova, telefon: 537-11-52)
İddiaçılar satınalma prosedurunda iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri və təklif ilə bank təminatını 18.10.2021-ci il saat 17.00-a qədər 2 qat qapalı zərfdə (əsli və surəti daxil olmaqla) təsdiq olunmuş rəsmi müraciətlə Tender komissiyasına təqdim etməlidirlər. Təkliflər sorğusu prosedurunun təkliflərinin açılışı 19.10.2021-ci il saat 12.00-da Ədliyyə Nazirliyində keçiriləcəkdir.
Ədliyyə Nazirliyinin
Tender Komissiyası