07-10-2021 | 15:18 1363
Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarınının vahid internet portalına daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər.
Tender proseduru Qanunun tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən iddiaçılar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba “ASAN Ödəniş” sistemi vasitəsi ilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə və müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. (Əlaqələndirici şəxs: Mənsumə Hüseynova, telefon: 537-11-52)
İştirak haqqı: - 100 manat.
Ədliyyə Nazirliyi (Tender)
VÖEN:1300286111
Hesab : AZ68CTRE00000000000002088471
Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
SWIFT : CTREAZ22
Büdcə təsnifatının kodu: 142330
Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşаğıdakı təşkilati və hüquqi sənədləri təsdiq olunmuş qaydada Portal vasitəsilə təqdim etməlidirlər.
1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
2. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri ;
3. Tender təklifi (zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında arayış;
7. Əsas Şərtlər Toplusunda müəyyən edilmiş digər müvafiq sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 27.10. 2021-ci il saat 11.00 tarixinə qədər, tender təklifi ilə bank təminatını isə 04.11.2021-ci il saat 17.00 tarixinə qədər Portalda elektron qaydada yerləşdirməlidirlər. İddiaçıların təklifləri 05.11.2021-ci il saat 11.00 tarixdə elektron Portal vasitəsilə açılacaqdır.
İddiaçılar tenderin nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Ədliyyə Nazirliyinin
Tender Komissiyası