18-10-2021 | 14:00 921
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 431 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndinə əsasən yaradılmış işçi qruplarından biri olan “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna Ədliyyə Nazirliyi tərəfindən rəhbərlik edilir.
İşçi qrupunun hər ay iclası keçirilir və növbəti iclasının 18.10.2021-ci il tarixində saat 15:00-da video-konfrans formatında keçirilməsi nəzərdə tutulur. İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərlə bağlı, işçi qrupun 19.08.2021-ci il və 27.08.2021-ci il tarixli iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək. Bununla yanaşı, Fəaliyyət Planının 9 aylıq yekun qiymətləndirilməsinə hazırlığın aparılması da planlaşdırılır.
İclasda iştirak etmək istəyən maraqlı şəxslər Komissiyanın interneti saytının (https://azranking.az/) “Rəqəmsal təqvim” bölməsində yerləşdirilmiş iclasın gündəliyi ilə tanış ola bilər və “Təklif göndər” onlayn xidməti vasitəsilə təkliflər (və ya layihələr) verə bilər. Təklifi (və ya layihəni) təqdim etmiş şəxs müvafiq qaydada İşçi qrupunun iclasında iştirak üçün dəvət edilə bilər.