IMAGE

Gənc könüllülər Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin fəaliyyətinə cəlb olunurlar

Ölkəmizdə gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi könüllülük institutunun inkişafı daim diqqətdə saxlanılır, 2020-ci il ölkə başçısı tərəfindən Azərbaycanda "Könüllülər ili" elan olunub, könüllülük hərəkatı geniş vüsət alıb.

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə bu institutun genişləndirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən gənclərə peşə vərdişlərinin aşılanması, onların ədliyyə sistemində könüllülük işinə cəlb olunması ilə bağlı görülən tədbirlər çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəçiliyi" ixtisasında təhsil alan 15 nəfər yuxarı kurs tələbəsi nazirliyin Bələdiyyələrlə iş mərkəzində təcrübə keçiblər.

Təcrübə prosesində gənclər Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq bələdiyyə aktlarının ekspertizası, bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım, vətəndaş müraciətlərinə baxılması işi ilə yaxından tanış olub, icra prosesində fəal iştirak edib, bələdiyyə fəaliyyətinin təşkili ilə bağlı ətraflı məlumatlandırıblar.

Gənclərə əmək vərdişləri, komandada işləmək bacarıqları, öz fəaliyyətlərində şəffaflıq, operativlik, məsuliyyətlilik kimi prinsiplərin tətbiqi aşılanıb.

Təcrübə başa çatdıqdan sonra həmin gənclərin bir qismi təşəbbüsləri əsasında könüllü kimi Mərkəzin fəaliyyətinə cəlb edilib, onlara müddətin sonunda Ədliyyə Nazirliyi tərəfindən şəhadətnamələr təqdim olunub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez