28-10-2021 | 16:48 1127
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun oktyabrın 28-də videokonfrans formatında növbəti iclası keçirilib.
Tədbirə Ədliyyə, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin və İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri qatılıblar.
İclasda Elektron hərrac informasiya sistemi üzrə hazırlanmış portalın təqdimatı edilib və Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərracların elektron qaydada təşkili və keçirilməsi ilə əlaqədar hazırlanmış normativ hüquqi aktların layihələri aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə edilib.
Həmçinin Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış layihələrlə bağlı aidiyyəti qurumların təkliflərinin yazılı formada təqdim edilməsi, bu təkliflər əsasında layihələrin bir daha nəzərdən keçirilməsi və İşçi qrupunun növbəti iclasında layihələrin yekun variantının müzakirə edilməsi qərara alınıb.