Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilmişdir

Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat nazirinin müavini Məhəmməd Bin Abdul Aziz Al Shehhinin başçılıq etdiyi nümayəndə heyəti ilə mayın 25-də Ədliyyə Nazirliyində görüş keçirilmişdir.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edən ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı hüquqi sahədə dövlətlərarası müqavilələrin və iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasını xüsusi qeyd etmiş, əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu, əlverişli biznes mühitinin yaradılmasına və sahibkarların hüquqlarının qorunmasına xidmət edən yeni təsisatların formalaşdırıldığını vurğulamışdır.

Eyni zamanda, ölkəmizdə dövlət başçısının siyasi iradəsi ilə aparılan hərtərəfli demokratik islahatlar, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən genişmiqyaslı işlər barədə məlumat verilmişdir.

Azərbaycan və BƏƏ arasında diplomatik münasibətlərin yaranmasından keçən 20 il ərzində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən qonaq ötən müddətdə xeyli irəliləyişlərin müşahidə olunduğunu vurğulamış, respublikamızın sürətli iqtisadi tərəqqisini təqdir etmişdir. Məhəmməd Bin Abdul Aziz Al Shehhi gələcəkdə Dubay Ticarət və Sənaye Palatasının ölkəmizdə nümayəndəliyinin açılması ilə bağlı niyyətini bildirərək, Palatanın əlaqələrimizin daha da inkişafına böyük töhfə verəcəyini söyləmişdir. Nümayəndə heyəti həmçinin, ədliyyə və məhkəmə sistemində əldə olunmuş nailiyyətlərə böyük maraq göstərmiş, xüsusilə yeni inzibati-iqtisadi məhkəmələrin yaradılmasını yüksək qiymətləndirmişdir.

Görüşdə maraq doğuran digər məsələlər barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Tədbirdə BƏƏ-nin ölkəmizdəki səfiri Salem Xalifa Mohamed Əl-Ğafli iştirak etmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez