15 iyun - Milli Qurtuluş günü ədliyyə orqanlarında geniş qeyd olunmuşdur

15 iyun – Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası nəticəsində dövlətimizin bütün sahələrini bürümüş böhran şəraitindən çıxarılması və müasir Azərbaycanın intibah dövrünün başlanğıcı kimi qiymətləndirilərək, hər il ölkəmizdə ən əziz bayramlardan biri olaraq geniş və təntənəli şəkildə qeyd edilir.

Bu əlamətdar bayram münasibətilə Ədliyyə Nazirliyinin rəhbər işçiləri iyunun 14-də Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək ulu öndərin xatirəsini ehtiramla anmış, onun abidəsi önünə əklil qoymuşlar. Sonra ümummilli liderimizin nazirlikdəki büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi yad edilmiş, Heydər Əliyev muzeyində dahi öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olunmuş, nazirliyin kinozalında filmlər nümayiş etdirilmişdir.

Milli Qurtuluş günü nazirliyin bütün struktur qurumlarında geniş qeyd olunmuş, əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışılmış, ulu öndərin siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs edilmişdir.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına daim sadiq qalan ədliyyə işçiləri müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin hərtərəfli inkişafı naminə bundan sonra da dövlət başçısına layiqli yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez