Penitensiar Xidmətin əməkdaşları Almaniyada təcrübə keçmişlər

Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) 2010-cu ildən etibarən Azərbaycanda həyata keçirilən məhkəmə və hüquq islahatlarına dəstək məqsədilə müxtəlif layihələr həyata keçirir. Layihələr Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini də əhatə edir.

İRZ-in dəvəti ilə Penitensiar Xidmətin bir qrup əməkdaşı təcrübə mübadiləsi məqsədilə Almaniyanın Bruxzal şəhərində işgüzar səfərdə olmuşdur.

Səfər proqramı "Məhkumlar üçün əmək fəaliyyəti" və "Cəzanın icrasının planlaşdırılması" mövzularını əhatə etmişdir.

Penitensiar Xidmətin əməkdaşları Bruxzal şəhərindəki həbsxananın fəaliyyəti ilə tanış olmuşlar. Səfər çərçivəsində alman mütəxəssislərlə şəxsiyyət pozuntularının fərdi qaydada müəyyən edilməsi və müalicəsi üzrə proqramlar, psixoloji və sosial xidmətlərin fəaliyyət istiqamətləri, məhkumlarla davranış, həbsdən azad edilməyə hazırlıq, kadrlarla iş və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.

Görüşlərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu arasındakı səmərəli əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanmış, alman ekspertlərinin iştirakı ilə cari ilin noyabrında Bakıda Penitensiar Xidmətin əməkdaşları üçün keçiriləcək seminarda müzakirə olunacaq mövzular müəyyənləşdirilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez