IMAGE

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktının icrasını uğurla davam etdirir

 AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası istiqamətində görülən işlərlə tanışlıq məqsədilə dekabrın 3-də 1 saylı cəzaçəkmə müəssisəsinə media-tur təşkil olunub.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova jurnalistlərə müsahibəsində bildirib ki, Vətən müharibəsində tarixi Qələbənin birinci ildönümü ərəfəsində qəbul olunan “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-dək 1787 məhkum haqqında amnistiya aktı tərtib edilib. Onlardan 34-ü qadın, 2-si yetkinlik yaşına çatmayan şəxslər, 60-ı isə yaşı 60-dan yuxarı olan şəxslərdir. Artıq 1391 nəfər azad olunub. Onlardan 1023 nəfər cəzaçəkmə, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisələrindən buraxılıblar. Həmçinin 359 məhkum müalicəyə yönləndirilib. Onlar müalicə prosesi başa çatdıqdan sonra azadlığa buraxılacaqlar. Bundan başqa, 64 məhkumun cəzası altı ay azaldılıb.

Qeyd edək ki, media-tur 15, 16, 2 və 17 saylı cəzaçəkmə müəssisələrində də davam etdiriləcək.

Xatırladaq ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan amnistiya aktının icrasının dörd ay ərzində başa çatdırılması nəzərdə tutulur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez