14-12-2021 | 18:00 593
Biznes mühiti
və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin
həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn
aliliyi işçi qrupunun dekabrın 14-də videokonfrans formatında növbəti iclası
keçirilib.
Tədbirə Ədliyyə
və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin və “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin nümayəndələri
qatılıblar.
İclasda işçi
qrupunun əvvəlki iclaslarının protokollarına əsasən qərara alınmış tədbirlərin
və 2021-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti, 2022-ci il üçün Fəaliyyət
Planının layihəsi müzakirə edilib.
Tədbirdə səsləndirilmiş
təkliflər əsasında Fəaliyyət Planının layihəsinin təkmilləşdirilməsi qərara
alınıb.