Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbirləri davam etdirilir

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət ailə siyasəti uğurla həyata keçirilərək ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə söykənən sağlam ailə mühitinin formalaşdırılması, ailələrin rifahının, qadınların hüquq və imkan bərabərliyinin, uşaqların ahəngdar inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Bu tədbirlər çərçivəsində gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə işinə böyük önəm verilir. Bu sahədə Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixi Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən aidiyyəti qurumlarla birgə mütəmadi maarifləndirici tədbirlər keçirilir.

Bununla əlaqədar Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən cari ilin 11 ayı ərzində əhali arasında erkən nikah mövzusuna həsr edilmiş 140 maarifləndirmə tədbiri həyata keçirilib, həmçinin nikaha daxil olmaq üçün müraciət etmiş 256 erkən nikah yaşında olan (18 yaşadək) gənc erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılıb.

Nazirlik tərəfindən bu sahədə tədbirlər davam etdirilir.

iacca
iap
business ready
eplc
Ən Tez