IMAGE

Yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilir

Ölkəmizdə aparılan hərtərəfli islahatlar çərçivəsində yerli özünüidarətmə orqanlarının işinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin və metodoloji işin səmərəliliyinin artırılmasına xüsusi önəm verilir.

Eyni zamanda, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılaraq bu məqsədlə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə birgə tədbirlər təşkil olunur, faydalı təcrübə mübadiləsi aparılır.

Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində Türkiyə Respublikasının yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq davam etdirilərək fevralın 2-də nazirliyin Bələdiyyələrlə iş mərkəzində qardaş ölkənin Kocaeli bələdiyyəsinin nümayəndələri ilə videokonfrans keçirilib.

Mərkəzin, bələdiyyələrin milli assosiasiyalarının və ölkə üzrə 40-a yaxın bələdiyyə nümayəndələrinin iştirak etdiyi tədbirdə yerli iqtisadi, sosial, ekoloji proqramların hazırlanması, yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi, yerli büdcənin gəlir mənbələri, həmçinin bələdiyyə müəssisələrinin yaradılma mexanizmi və fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Bu sahədə Kocaeli bələdiyyəsinin müsbət təcrübəsindən danışılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, yerli özünüidarəetmə orqanlarının inkişafı üzrə görülən ardıcıl tədbirlər, bələdiyyələrə dövlət dəstəyi barədə məlumat verilib, aparılan təcrübə mübadiləsinin səmərəliliyi, iki ölkənin yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez