Beynəlxalq antikorrupsiya fəaliyyətində Azərbaycan mühüm rol oynayır

Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparılır. Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Azərbaycan dünya dövlətlərini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir, respublikamızın ədliyyə naziri qurumun vitse-prezidentidir.

İcraiyyə Komitəsinin iclası

Cari il oktyabrın 4-7-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Assosiasiyanın  6-cı İllik Konfransı və Ümumi Yığıncağı, habelə İcraiyyə Komitəsinin iclası keçirilmişdir.

Konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.

Xatirə şəkli

110 ölkədən 500-dən çox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi forumun açılışı və təntənəli sessiyaya sədrlik edilməsi Azərbaycanın ədliyyə nazirinə həvalə olunmuşdur.

Azərbaycan nümayəndə heyətinin
üzvünün seminarda çıxışı

Açılış mərasimində Malayziya Krallığının Baş naziri Mohd Nacib bin Tun Abd Razak, Assosiasiyanın prezidenti - Çinin Baş prokuroru Çao Cianminq, habelə BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli şəxsləri çıxış etmişlər.

Sonra tədbir öz işini plenar sessiyalarda və seminarlarda davam etdirmiş, korrupsiya cinayətinin araşdırılmasında əsas istiqamətlər, hakimlərin və prokurorların korrupsiya ilə mübarizədə rolu, davranış kodeksləri, texniki əməkdaşlıq və bu kimi aktual məsələlər müzakirə olunmuşdur.

Azərbaycan nümayəndə heyətinin rəhbəri və üzvləri iclaslarda sədrlik və çıxışlar etmiş, korrupsiya ilə mübarizədə Assosiasiyanın rolundan və beynəlxalq əməkdaşlığın təşviqindən danışmış, ölkəmizin antikorrupsiya fəaliyyəti, o cümlədən məhkəmə sistemində bu sahədə aparılan təsirli islahatlar barədə keçirilmiş ətraflı prezentasiya böyük maraqla qarşılanmışdır.

Forumun bağlanış mərasimi

Tədbirdə korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Kuala Lumpur Bəyannaməsi qəbul olunmuş, həmin sənədin hazırlanmasında ölkəmiz fəal iştirak etmişdir.

Bu mötəbər Foruma Malayziya Baş nazirinin müavini Muhyiddin bin Mohd Yassin yekun vurmuşdur.

IAACA-nın prezidenti - Çinin Baş prokuroru
Çao Cianminq ilə goruş

Konfrans çərçivəsində Malayziyanın hüquq-mühafizə və məhkəmə fəaliyyətinə məsul olan naziri, bu ölkənin Korrupsiyaya qarşı müstəqil Komissiyasının sədri, IAACA-nın prezidenti - Çinin baş prokuroru ilə ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlıq perspektivləri müzakirə olunmuş, Azərbaycanın Konfransın işinə və Assosiasiyanın inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilmişdir.

Həmçinin, Azərbaycanın antikorrupsiya fəaliyyətinə maraq göstərmiş bir sıra dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə keçirilmiş görüşlərdə ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən yeni Milli Fəaliyyət Planı, Açıq hökumətinin təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaşlar üçün innovativ şəffaf xidmətlərin yaradılması, hakimlərin ən mütərəqqi üsullarla seçimi və digər işlər barədə məlumat verilmişdir.

Tədbirlərdə Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov iştirak etmişdir.

Malayziyanın hüquq mühafizə, məhkəmə və antikorrupsiya fəailiyyətinə
məsul olan naziri Seri Naziri Aziz ilə görüş
Qırğızıstanın milli təhlukəsizlik üzrə dövlət komitəsinin sədri ilə görüş

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez