18-03-2022 | 17:07 552
Tender
proseduru Qanunun 50-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız mikro,
kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq
etməklə elektron satınalma vasitəsilə keçirilir. Tender iştirakçılarına təklif
edilir ki, https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalına
daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Tenderdə
iştirak etmək istəyən malgöndərənlər müəyyən edilmiş məbləğdə iştirak haqqını
aşağıda göstərilən hesaba (etender.gov.az saytında “ASAN ÖDƏNİŞ” sistemi
vasitəsi ilə) köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər
Toplusunu portal vasitəsilə əldə edə və müsabiqə üzrə təkliflərini elektron
qaydada təqdim edə bilərlər.
İştirak haqqı - 250 manat
İştirak haqqı heç bir halda geri qaytarılmır
Əlaqələndirici şəxs: Sevda Eyvazova-baş məsləhətçi
Əlaqə telefonu: 492-62-35
Tenderdə
iştirak etmək üçün aşağıda qeyd olunan sənədləri Portal vasitəsilə təqdim etməlidirlər:
-
tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra
30 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i (bir faizi) həcmində bank təminatı (tender
təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi,
dövlət reyestrindən çıxarışı, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və
rekvizitləri;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında
vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət
vergi bəyannaməsi);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti
haqqında bank arayışı;
- satınalma
müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının,
təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə
səriştəsinin, etibarlığının olması;
- öz əmlakından
sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti
olması;
- müvafiq mallar
üzrə uyğunluq sertifikatı;
- müflis elan
olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması,
məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud olmaması;
- satınalma
prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini
idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma
müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə
əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə
fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
Sənədlər
Azərbaycan dilində tərtib olunmalıdır (xarici
dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq vahid internet portalı
( www.etender.gov.az ) vasitəsi ilə elektron
qaydada keçiriləcəkdir. İddiaçılar tender ilə bağlı sualları vahid internet
portalında nəzərdə tutulmuş müvafiq bölmədə satınalan təşkilata ünvanlaya
bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri
(tender təklifi, bank təminatı istisna olmaqla) 18.04.2022-ci il saat 09:00-a qədər, tender
təklifi və bank təminatı isə 26.04.2022-ci il saat 17:00-ə qədər portal
vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 27.04.2022-ci il tarixdə saat 09:00-da portal
vasitəsi ilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi
ilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin
qiymətləndirilməsi, yazışmalar, sual-cavablar və digər prosedurlar yalnız
elektron qaydada vahid internet portalı vasitəsilə aparılır.
Tender Komissiyası