IMAGE

Azərbaycanın məhkəmə-hüquq islahatlarına böyük maraq göstərilir

Martın 31-də ədliyyə naziri, Beynəlxalq Antikkorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti Fikrət Məmmədov respublikamızda səfərdə olan Litvanın korrupsiya cinayətlərinin istintaqını aparan Xüsusi Xidmətin və korrupsiyaya qarşı ixtisaslaşmış beynəlxalq təşkilatların (EPAC/EACN) rəhbəri Jidrunas Bartkus ilə görüşüb.

Azərbaycanlıların Soyqırımı Gününə təsadüf edən görüşdə qonaq 1918-ci ildə erməni-bolşevik birləşmələrinin törətdiyi və on minlərlə dinc insanın qətli ilə nəticələnən soyqırımı barədə məlumatlandırılıb, müstəqilliyimizin bərpasının ilk illərində də ölkəmizin erməni işğalına, Xocalı soyqırımına məruz qaldığı və bu faciənin bir çox dövlətlər tərəfindən soyqırımı aktı kimi tanındığı bildirilib.
Xalqımıza qarşı törədilən soyqırımına həsr olunan elektron ekspozisiyalarla tanış olan qonağa bununla bağlı nazirlikdə keçirilən tədbirlər barədə məlumat verilib.
Eyni zamanda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində torpaqlarımızın 30 illik işğaldan azad edildiyi və büsbütün dağıdılmış ərazilərimizin dirçəldilməsi ilə bağlı dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə hazırda nəhəng bərpa-quruculuq işlərinin aparıldığı vurğulanıb.
Görüşdə nazir Azərbaycan-Litva tarixi dostluq münasibətlərini qeyd edərək bu əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdirildiyini, 2001-ci ildə hüquqi sahədə bağlanmış müqavilələrin dövlətlərarası ilk sənədlər olduğunu, iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair Sazişin səmərəli implementasiyasını bildirib.
Ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edən qonaq xalqlarımızın oxşar tarixə malik olduğunu vurğulayıb, Azərbaycanın Litva üçün dost dövlət olduğunu qeyd edərək əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib, təmsil etdiyi qurumun bu il yaradılmasının 25 illiyinin tamam olduğunu bildərərək Xüsusi İstintaq Xidmətinin fəaliyyəti, respublikamızın Baş Prokurorluğu ilə birgə layihənin təşviqini vurğulayıb.
Görüşdə həmsöhbətlərin rəhbərləri olduqları beynəlxalq antikorrupsiya təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu sosial bəlaya qarşı ölkəmizdə həyata keçirilən tədbirlərə, o cümlədən məhkəmə-hüquq sistemində islahatlara maraq göstərilib.
Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı qəti mübarizə aparılaraq bu sahədə beynəlxalq əməkdaşlığa mühüm önəm verilir. Azərbaycan dünyanın 140 dövlətini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) həmtəsisçilərindən biri olmaqla onun işində daim fəal iştirak edir. Qurumun vitse-prezidenti F.Məmmədov Şərqi Avropa regionu üzrə koordinatoru olmaqla IAACA-nın əlaqələrinin genişləndirilməsi, ixtisaslaşmış beynəlxalq təşkilatlarla, antikorrupsiya şəbəkələri ilə əməkdaşlığın təşviqi üzrə tədbirlər görülür.
Görüşdə bu sahədə tədbirləri yüksək qiymətləndirən J.Bartkus Azərbaycanın qlobal səylərini dəstəklədiyini, Litvanın IAACA-nın işində iştirak etməyə hazır olduğunu söyləyib, eyni zamanda rəhbəri olduğu Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) Assosiasiya ilə əməkdaşlıq barədə razılığa gəlinərək qurumların rəhbərlərinin görüşlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Eyni zamanda dövlət başçısının rəhbərliyi ilə, xüsusilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmana uyğun olaraq görülən işlər barədə ətraflı məlumat verilərək bu sahədə şəffaflığa yönələn tədbirlər, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyi və özünüidarə fəaliyyəti, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, Dünya Bankının iştirakı ilə yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradılması və “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, məhkəmələrin maliyyə müstəqilliyinin təmin olunması maraqla qarşılanaraq təqdir olunub. Qonaq bu sahədə təcrübəmizin, xüsusilə məhkəmə sistemində korrupsiyaya qarşı mexanizmlərinin beynəlxalq səviyyədə öyrənilməsinin və tətbiqinin əhəmiyyətini qeyd edib.
Söhbət zamanı həmçinin, ədliyyə sahəsində faydalı fikir mübadiləsi aparılaraq probasiya xidmətinin fəaliyyəti, elektron qolbaqların tətbiqi, penitensiar infrastrukturun müasirləşdirilməsi, bu günlərdə cəmiyyətimizin həssas təbəqəsi olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni müəssisələrin istifadəyə verilməsi, məhkumların hüquqlarının təminatına daim xüsusi önəm verən ölkə Prezidenti cənab İlham Əliyevin həmin müəssisələrdə yaradılan şəraitlə tanışlığı qeyd edilib.
Qonaq nazirlikdə ədliyyə tarixinə və Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş muzeylərlə tanış olub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez