12-04-2022 | 11:16 663
Tender iştirakçılarına təklif
edilir ki, dövlət satınalmalarının (www.etender.gov.az) vahid internet portalına elektron qaydada daxil
olsunlar və “Ədliyyə Nazirliyi və struktur qurumlarının istifadəsi üçün təsərrüfat
mallarının satınalması” üzrə açıq tender haqqında ətraflı məlumat əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki
imkanlara malik olmalıdırlar.
Tender proseduru Qanunun
tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
iştirakı ilə, açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
Tenderdə iştirak etmək istəyən
təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba
“ASAN Ödəniş” sistemi vasitəsi ilə köçürdükdən sonra Azərbaycan dilində tərtib
olunmuş əsas şərtlər toplusunu elektron qaydada adı çəkilən tender bölməsində
əldə edə bilərlər.
Əlaqələndirici
şəxs: Mənsumə Hüseynova, telefon: 537-11-52
İştirak
haqqı: - 250 manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar
tenderdə iştirak üçün aşаğıdakı təşkilati və hüquqi sənədləri (rəsmi
blanklarda, möhürlə təsdiq edilmiş qaydada) Portal vasitəsilə təqdim
etməlidirlər:
-
tenderdə iştirak haqqının
ödənilməsi barədə bank sənədi;
-
İddiaçının
tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və bank
rekvizitləri (notarial qaydada təsdiq olunmuş);
- tender təklifi (zərflərinin açıldığı tarixdən sonra
ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender
təklifi dəyərinin 1%-i həcmində bank təminatı (təkliflərin açıldığı tarixdən ən
azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə
dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il
ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin
yerinə yetirilməməsi hallarının mövcud olmamasıı haqqında müvafiq vergi orqanından arayış;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində
özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas
göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum
olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının
məhkəmə qaydasında qadağan edilməməsi barədə rəsmi arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi
orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-
İddiaçının
son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
-
Iddiaçının
mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmaları barədə müvafiq arayış;
- Vergilər
Nazirliyi tərəfindən iddiaçının işçilərinin sayını, əmlakını, maliyyə
vəziyyətini təsdiq edən rəsmi arayış;
- müflis elan
olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə rəsmi arayış;
- iddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatı.
Sənədlər Azərbaycan dilində
tərtib olunmalıdır (xarici dildəki tender təklifi Azərbaycan dilinə tərcümə
edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan
təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət Satınalmaları haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas
göstəricilərinə dair sənədləri 27.04.2022-ci
il saat 11.00-a qədər, tender
təklifi ilə bank təminatını isə 10.05.2022-ci il saat 17.00-a qədər
portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11.05..2022-ci il saat 11.00-da elektron Portal vasitəsilə açılacaqdır.
İddiaçılar müsabiqənin nəticələri ilə portal vasitəsilə tanış ola
bilərlər.
Qeyd: Tenderdə
iştirak, tender
təkliflərinin qiymətləndirilməsi
və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Ədliyyə Nazirliyinin
Tender Komissiyası